Bu gün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Füzuli rayonunda qoşunların təmas xəttində monitorinq keçirərkən ilk öncə rayonun icra başçısı Nəbi Muxtarovla görüşüb, cəbhə bölgəsində yaşayan sakinlərin vəziyəti ilə maraqlanıblar.
N.Muxtarov bildirib ki, cəbhə bölgəsində atəşkəs əldə olunmasına baxmayaraq Ermənistan Silahlı Qüvvələri tez-tez müxtəlif silahlardan atəşlər açaraq kənd sakinlərinin həyatını təhlükə altında qoyur. Cəbhə xəttində yaşayan sakinlər hətta gündüz əkin-biçinlə məşğul ola bilmirlər.