...

2006-cı ilin oktyabr ayında Azərbaycanın təxminən 2 mln m2 ərazisi minalardan təmizlənib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2006 12:24 (UTC +04:00)

2006-cı ilin oktyabr ayı ərzində 1 946 676 kvm Azərbaycan ərazisi minalardan təmizlənib. Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend ə verilən məlumata görə, bu dövr ərzində 9 369 partlamamış döyüh sürsatı (PHS) və mina aşkar edilərək zərərsizləşdirilib. Təmizləmə əməliyyatlarında 25 minaaxtaran it, 156 sapyor, 47 PHS operatoru, 8 paramedik və 100-ə yaxın yardımçı işçi və beş mexaniki minatəmizləmə maşını iştirak edir.

ANAMA fəaliyyət dövrü ərzində Azərbaycanda indiyədək cəmi 38 808 013 kvm ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin ümumi sayı 79971-dir.

2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə 81 hadisədə 51 nəfər həlak olub, 116 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti