Ermənistan Silahlı Qüvvələri Ağdam rayonunun işğal altında olan ərazilərində saat 16:20-dən başlayaraq ağır zirehli texnika və hərbi vertolyetlarla irimiqyaslı hərbi təlimlərə başlayıb. Trend xəbər verir ki, təlimlər əsasən işğal altında olan Uzundərə adlanan yerdə başlanıb.
Düşmən hərbi təlimləri keçirdiyi ərazilərdə güclü partlayış səsləri eşidilir. Hava çiskinli və dumanlı olduğu üçün düşmənin hərbi təlimləri keçdiyi əraziləri müşahidə etmək mümkün deyil.
Qeyd edək ki, partlayış səsləri cəbhəyani kəndlərdə güclü torpaq titrəməsi ilə müşayiət olunur.