...

BQXK nümayəndələri ermənilərin saxladığı azərbaycanlı hərbçini təkrar ziyarət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Dekabr 2006 13:25 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQÇK) nümayəndələri Ermənistan-Azərbaycan təmas xəttində saxlanılmış azərbaycanlı hərbçi Vüqar Qaracayevi ikinci dəfə ziyarət edib. Bu barədə Trend ə BQÇK Bakı nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər.

Silahlı münaqişələr nəticəsində saxlanılan şəxslərin həyatı ilə birbaşa və mandatlarına uyğun maraqlanan BQXK nümayəndələri azərbaycanlı hərbçinin saxlanma şəraiti ilə tanış olmaq məqsədilə ikinci dəfə də onu ziyarət ediblər. Bu standart qaydadır ki, BQXK nümayəndələri şəxslərin saxlanıldığı yerlərin rəhbərliyi ilə söhbətlər aparır və bütün vacib məsələləri onların diqqətinə çatdırırlar.

V.Qaracayev sıx duman olduğundan dekabrın 8-də təmas xəttində yolu azmış və ermənilər tərəfindən təmas xəttində saxlanılmışdır. Dekabrın 9-da BQXK nümayəndələri onu ziyarət edib ailəsinə məktub yazmaq imkanı yaradıblar. Həmin məktub hazırda Bakıya çatdırılıb və yaxın günlərdə hərbçinin ailəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti