...

Deputat Rafael Hüseynov: "Ermənilərin AŞ Nazirər Komitəsində qondarma "soyqırımı" müzakirəyə çıxarmaq cəhdi bu dəfə də baş tutmayacaq"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2006 13:01 (UTC +04:00)

"Mən ermənilərin tələbi ilə qondarma "erməni soyqırımı" məsələsinin Avropa Şurasının gündəliyinə salınacağını istisna edirəm. Çünki Avropa Şurası belə həssas məsələlərin gündəliyə çıxarılmasının tərəfdarı deyil". Bu fikirləri Trend ə açıqlamasında hazırda Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin sessiyasında iştirak edən millət vəkili Rafael Hüseynov bildirib.

Qeyd edək ki, Ermənistan nümayəndə heyəti Avropa Şurası Nazirlər Komitəsinə yazılı müracət edərək Türkiyənin ermənilərə qarşı sözdə "soyqırımı" məsələsinin Komitənin yanvarın 17-də keçiriləcək növbəti sessiyasında müzakirəyə çıxarılmasını istəyirlər.

R.Hüseynov bildirib ki, hələ 2001-ci ilin aprel ayında erməni lobbisi qondarma "erməni soyqırımının" tanınması haqqında ayrıca bir sənəd hazırlamışdı: "Lakin Avropa Şurasında erməni nümayəndə heyətini tanıyan yox idi ki, onların sənədinə də imza atsınlar. Sənədi Fransadakı erməni lobbisi və Ermənistanın nümayəndəliyi hazırlamışdı. Biz də dərhal onlara cavab verdik, o vaxt Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri olan indiki prezident İlham Əliyevin başçılığı altında bir sənəd hazırladıq. Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi həqiqi soyqırımları əks etdirən bu sənədə o vaxt Avropa Şurasının baş katibi Terri Devis də imza atdı. Bizim bu sənəd ermənilərin hazırladığı sənədin irəliləməsinin qarşısını aldı"-deyə R.Hüseynov qeyd edib.

Onun sözlərinə görə, bu gün də Azərbaycan nümayəndə heyətinin əlində ermənilərin azərbaycanlıları soyqırıma məruz qoymasına dair sənəd var. Bu, o deməkdir ki, ən azı balans naminə ermənilərin sənədi keçməyəcək və Nazirlər Komitəsinin bu sessiyasında həmin məsələ qalxmayacaq: "Ötən illərdə ermənilərin bu cəhdləri baş tutmayıb və hesab edirəm ki, bu dəfə də baş tutmayacaq"-deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti