...

Tərtər rayonunda minadan zərər çəkən əlillərin problemi ilə bağlı tədbir keçirildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Dekabr 2006 18:08 (UTC +04:00)

Beynəlxalq Avrasiya Fondu tərəfindən Tərtər rayonunda minadan zərərçəkənlərin assosiyasiyası yaradılması və onun fəaliyyəti layihəsi çərçivəsində yerli icra strukturları, bələdiyyələr və minadan zərərçəkənlərin problemləri ilə əlaqədə olan təşkilatların rəhbər və nümayəndələri ilə görüş keçirildi. Beynəlxalq Avrasiya Fondunun departament rəhbəri Siyyab Məmmədovun Trend in bölgə müxbirinə verdiyi məlumata görə, görüşün məqsədi minadan zərərçəkənlərin problemlərinin öyrənilməsi, əlillik dərəcəsinin müəyyən edilməsi, şəxsiyyət vəsiqələrinin alınması və digər sosial problemlərin aradan qaldırılmasıdır, bunu üçün əlaqədar şəxslərlə dialoq aparılmasıdır.

Qeyd edək ki, Tərtər rayonunda minadan zərər çəkən əlillərin sayı 214 nəfərdir.

Xəbər lenti

Xəbər lenti