...

Erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədovla valideyinləri maraqlana bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Yanvar 2007 15:21 (UTC +04:00)

Ermənistanda əsirlikdə saxlanan Azərbaycan Milli ordusunun sıravi əsgəri, 1987-ci il təvəllüdlü Bərdə rayon sakini Məmmədov Samir Nazim oğlunun valideyinləri Samirdən çox narahatdırlar. Samirin əmisi Vidadi Məmmədovun Trend in bölgə müxbirinə verdiyi məlumata görə, 7 gündür ki, Samirdən xəbər tuta bilmirlər. Bununla bağlı dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib, Samirdən xəbər tutmaq istəsələr də, Komitə onlara heç bir cavab vermir.

V.Məmmədov onu da qeyd etdi ki, bir neçə gündən sonra Samirin erməni hərbiçilərinə əsir düşməsinin bir ayı tamam olacaq, ancaq Beynəlxalq Qırmızı Xaç Komitəsi Samiri əsirlikdən xilas edə bilmir.

Qeyd edək ki, Məmmədov Samir 2003-cü ilin oktyabrında Bərdə rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinin 3 ayının başa çatmasına az qalmış 2006-cı ilin dekabrın 24-də Qazax rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə əsir düşüb.

Xəbər lenti

Xəbər lenti