...

Azərbaycan XİN rəhbəri Moskvaya gəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2007 11:45 (UTC +04:00)

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Ermənistan XİN rəhbəri Vardan Oskanyanla nəzərdə tutulan görüş üçün Moskvaya gəlib. Azərbaycan XİN informasiya siyasəti və mətbuat idarəsinin rəisi Tahir Tağızadə Trend ə bildirib ki, bu gün axşam E.Məmmədyarov və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ilk işgüzar görüş keçiriləcək.

T.Tağızadə bugünkü görüşdə Ermənistan XİN rəhbəri V.Oskanyanın da iştirak etməsini istisna etməyib. İdarə rəisi bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin əsas görüşü sabah keçiriləcək.

Xatırladaq ki, E.Məmmədyarov Moskvaya yanvarın20-21-də rəsmi səfərdə olduğu Küveytdən gəlib.

Xəbər lenti

Xəbər lenti