...

ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri Xocavənd Rayon İcra Hakimiyyətində olublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2007 12:43 (UTC +04:00)

ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri bu gün Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində monitorinq keçirərkən ilk öncə Beyləqanda yerləşən Xocavənd Rayon İcra Hakimiyyətində olublar. Monitorinq Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən Aşağı Veysərli kəndində keçirilir.

İcra Hakimiyyətindən Trend in bölgə müxbirinə verilən məlumata görə, monitorinq qrupu Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla səhər saat 10 radələrində görüşüblər, ondan Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması haqqında soruşublar. E.Hüseynov isə bildirib ki, erməni hərbi birləşmələri son günlər atəşkəsi tez-tez pozur, Azərbaycan Silahlı Qüvvələri ilə bərabər dinc vətəndaşlara da atəş açır.

Saat 10:40 radələrində isə ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçiləri Rayon İcra Hakimiyyətini tərk edərək monitorinq keçirməyə gediblər. Hazırda monitorinq davam edir. Bu saata gədər heç bir insident qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti