...

Millət vəkilləri cəbhə bölgəsinə gedəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin deputat qrupu cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissələrdən birinə baş çəkmək üçün yaxın günlərdə cəbhə bölgəsinə səfər edəcək. Bu barədə məlumat verən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin (AŞPA) üzvü, millət vəkili Elmira Axundova bildirib ki, hazırda səfərə hazırlıq görülür.

Millət vəkilinin sözlərinə görə, cəbhə bölgəsinə səfər edəcək deputat qrupunun tərkibinə kimlərin daxil olacağı dəqiqləşdirilir.

E.Axundova qeyd etdi ki, səfərin tarixi yaxın günlərdə məlum olacaq.

Milli Məclisin deputat qrupu 2 dəfə cəbhə bölgəsinə səfər edib.

Xəbər lenti

Xəbər lenti