...

Şuşanın işğalının 15-ci ildönümü ilə bağlı Strasburqda yürüş keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend ,müxbir İ.Əlizadə/ Dünya Azərbaycanlıları Konqresinin və "Azərbaycan Evi" təşkilatının təşkilatçılığı ilə mayın beşində Fransanın Strasburq şəhərində Şuşanın işğalının 15-ci ildönümünə həsr olunmuş etiraz forumu və yürüş keçiriləcək. Bu barədə cümə günü Bakıda Diaspor Mərkəzinin sədri Rauf Zeyni məlumat verib.

Onun sözlərinə görə, forumda ermənilərin Şuşanın yeni baş planını hazırlaması da müzakirə olunacaq və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti