...

Azərbaycanın Şuşa rayonunun işğalı ilə bağlı 120-dən artıq şəxs barəsində cinayət işi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2007 12:21 (UTC +04:00)
Azərbaycanın Şuşa rayonunun işğalı ilə bağlı 120-dən artıq şəxs barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Şuşa rayonunun işğalı zamanı azərbaycanlılara qarşı cinayət törədən 120-dən artıq şəxs barəsində cinayət işi açılıb və onlar İnterpol vasitəsilə axtarışa verilib. Həmin cinayətkarların əksəriyyəti erməni milliyyətindən olanlardır. Bu barədə çərşənbə axşamı Şuşa rayon prokuroru, baş ədliyyə müşaviri Zahid Vəliyev məlumat verib. Onun sözlərinə görə, Ermənistan ordusunun Şuşada törətdiyi cinayətkarlığın birbaşa motivi soyqırımdır.

"Şuşa soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi tarixi-silsiləvi cinayət hadisəsinin tərkib hissəsidir. Bununla bağlı Respublika Prokurorluğunun istintaq qrupu tərəfindən digər faktlarla yanaşı Cinayət Məcəlləsinin 103-cü maddəsi (milli, etnik, irqi, dini bir qrup kimi bütövlükdə məhv etmə-soyqırım) ilə istintaq araşdırmaları aparılır" - deyə Vəliyev bildirib.

Prokurorun sözlərinə görə, Şuşaya dəyən maddi ziyan da təyin edilən müvafiq ekspertizalar tərəfindən araşdırılır. Nəticələr məlum olandan sonra konkret rəqəmlər söyləniləcək.

Azərbaycanın Şuşa rayonu paytaxt Bakıdan 400 kilometr aralıda yerləşir. 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Xəbər lenti

Xəbər lenti