...

Dağlıq Qarabağ Azərbaycanlılarının İcmasının rəhbəri: "Şuşanın azad olunması ilə bağlı nikbin əhval-ruhiyyə yaranıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2007 12:56 (UTC +04:00)
Dağlıq Qarabağ Azərbaycanlılarının İcmasının rəhbəri: "Şuşanın azad olunması ilə bağlı nikbin əhval-ruhiyyə yaranıb"

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Şuşanın icra başçısı, Dağlıq Qarabağ Azərbaycanlılarının İcmasının rəhbəri Nizami Bəhmənov çərşənbə axşamı bəyan edib ki, əvvəlki illərlə müqayisədə bu il Şuşanın azad olunması ilə bağlı nikbin əhval-ruhiyyə yaranıb. Onun sözlərinə görə, bu nikbinlik Azərbaycan prezidentinin bir neçə gün öncə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı aparılan danışıqlar prosesinin detalları barədə verdiyi açıqlamasından sonra yaranıb.

"Prezident açıqlaması ilə bəzi məqamlara aydınlıq gətirdi. Bəzi siyasətçilərin cəfəngiyat mövqelərinə son qoydu" - deyə Bəhmənov bildirib. Dağlıq Qarabağ Azərbaycanlılarının İcmasının rəhbərinin sözlərinə görə, Şuşanın azad olunması üçün hamı Ali Baş Komandanın əmrini gözləyir. Bəhmənov vurğulayıb ki, Azərbaycan prezidentinin apardığı xarici siyasət nəticəsində işğal olunan ərazilərimiz azad olunacağına inam artıb.

Azərbaycanın Şuşa rayonu paytaxt Bakıdan 400 kilometr aralıda yerləşir. 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Xəbər lenti

Xəbər lenti