...

Laçın rayonunun işğalı ilə bağlı 100-dən artıq şəxs barəsində cinayət işi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 May 2007 14:05 (UTC +04:00)
Laçın rayonunun işğalı ilə bağlı 100-dən artıq şəxs barəsində cinayət işi açılıb

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın Laçın rayonunun işğalı zamanı azərbaycanlılara qarşı cinayət törədən 100-dən artıq şəxs barəsində cinayət işi açılıb və onlar İnterpol vasitəsilə axtarışa verilib. Həmin cinayətkarların əksəriyyəti erməni milliyyətindən olanlardır. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Laçın rayon prokuroru Mübariz Bayramov məlumat verib.

Bayramovun sözlərinə görə, rayonun işğalı zamanı vurulmuş maddi ziyanın ümumi məbləği yeddi milyard dollardan çoxdur. 264 nəfər şəhid olub, 64 nəfər girov götürülüb, yüzlərlə adam əlil olub.

Azərbaycanın Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Hazırda rayonun əhalisi Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıb. İşğala qədər əhalisi 258 min 229 nəfər olub. İşğal nəticəsində bir şəhər, bir qəsəbə və125 kənd işğal olunub.

Laçın paytaxt Bakıdan 500 kilometrə yaxın qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti