...

Azərbaycanın işğal olunmuş ərazilərində yanğınların əhatə dairəsi artır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Ağdam / Trend müxbir S.Cəliloqlu/ Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli və Cəbrayıl rayonunun işğal olunmuş ərazilərində yanğınların başlanması ilə bağlı vəhşi heyvanlar, sürünənlər, zərərvericilər, əsasən də canavar və çaqqallar qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələrinə üz tutublar.

Kənd sakinlərinin məlumatına görə, son üç gün ərzində Füzulinin Əhmədnağılar, Qazaxlar və Mirzənağılar kəndlərinə canavarların hücum etməsi nəticəsində kənd sakinlərinə məxsus 50-dək iri və xırda buynuzlu malqara məhv olub. Füzuli rayon İcra Hakimiyyəti isə bunu yanğınlarla əlaqələndirməyib. Qurumdan cümə axşamı bildirilib ki, zərərvericilərin və yırtıcıların axını heyvanların nəsil artırması və qidalanması üçün işğal altında olan ərazilərdə münbit şəraitin olmaması ilə əlaqədardır.

Artıq üç gündür ki, Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olanan ərazilərində yenidən yanğınlar müşahidə olunur. Ötən gün ilk olaraq Ağdamın işğal altında olan Başqərvənd kəndində yanğınlar qeydə alınıb. Əsasən otlaq sahələri yanır.

Ötən il iyun ayının 23-dən başlayaraq Ağdamın işğal altında olan ərazilərində yanğınlar müşahidə olunurdu. Yanğınlar bir aydan artıq müddətdə davam edirdi.

Hadisə ilə bağlı beynəlxalq təşkilatlardan ibarət ekspert qrupu yanğınların baş verdiyi ərazidə monitorinq aparıb və hesabat hazırlanıb. Hazırda hesabat BMT-yə üzv ölkələrə paylansa da, müzakirələr aparılmayıb.

Xəbər lenti

Xəbər lenti