...

Qarabağ Azadlıq Təşkilatı Minsk qrupu həmsədrlərini Ermənistana xidmət etməkdə günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti səfəri də Ermənistanın əsassız iddialarının yerinə yetirilməsinə xidmət edir. Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) cümə günü yaydığı bəyanatda deyilir.

QAT hesab edir ki, İrəvandan Bakıya şən əhval-ruhiyyədə gələn həmsədrlər danışıqların gedişindən məmnun qaldıqlarını gizlətmir, hətta dipomatik etiketləri pozmaqdan belə çəkinmirlər: "Həmsədrlər işğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi iştirakının vacibliyini vurğulayırlar. Bu, bir daha həmsədrlərin ermənipərəst mövqedə dayandıqlarını göstərir. Həmsədrlərin öz səlahiyyətlərini aşaraq Dağlıq Qarabağın "statusu" ilə məşğul olmaları işğalçı Ermənistana xidmət göstərdiklərini bir daha təsdiq edir"-deyə bəyanatda bildirilir.

QAT Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina edilməsini, Azərbaycanın maraqlarına zidd olan danışıqların dayandırılmasını zəruri sayır.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Qurumun rəhbəri tarix elmləri namizədi, dosent Akif Nağıdır. Təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib və 1992-ci ildən indiyədək işğal altında saxlayır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb, 1997-ci ildən Minsk qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti