...

M.Margelov: "Dağlıq Qarabağ problemini Ermənistan və Rusiyasız həll etmək mümkün deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2007 14:08 (UTC +04:00)
M.Margelov: "Dağlıq Qarabağ problemini Ermənistan və Rusiyasız həll etmək mümkün deyil"

Azərbaycan, Bakı /müx. Trend A.Qasımova/ Rusiya Federasiyası Şurasının sədri Mixail Margelov hesab edir ki, Ermənistan və Rusiyasız Dağlıq Qarabağ problemini həll etmək mümkün deyil. "Dnestryanı və Cənubi Osetiya problemini tanınmamış respublikaların nümayəndələri, Rusiya və BMT kimi vasitəçilərin iştirakı olmadan həll etmək mümkün olmadığı kimi, Dağlıq Qarabağ problemini də Ermənistan və Rusiyanı dialoqa cəlb etmədən həll etmək mümkün deyil" - deyə o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəmnində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabağ ərazisi və 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olub və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi ilə - Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Postsovet məkanında "dondurulmuş" münaqişələr çərşənbə axşamı həmçinin "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"ın Bakı sammitində müzakirə olunub. Çərşənbə günü Moskvadan telefon əlaqəsi zamanı Margelov bildirib ki, təkcə GUAM çərçivəsində Dağlıq Qarabağ problemini həll etmək mümkün deyil və "əgər belə cəhdlər olsa, vəziyyət yenidən pisləşə və açıq ziddiyyətə çevrilə bilər".

Moskvanın GUAM çərçivəsində nəqliyyat və neft layihələrinin reallaşması ilə bağlı münasibətinə toxunaraq Margelov bildirib ki, bunun Rusiya üçün heç bir pis tərəfi yoxdur, "çünki sözügedən layihələrin əksəriyyəti Azərbaycanın neft və qazına əsaslanır və bu resurlar Rusiyadan ötüb keçməklə ixrac olunur".

Onun sözlərinə görə, Orta Asiya ölkələri artıq Xəzəryanı boru xəttinin tikintisi ideyasını dəstəkləyirlər, beləliklə də GUAM-ın neft-qaz layihələri Rusiya üçün heç bir təhlükə yaratmır.

"Bütün bu ambisiyalı və bahalı boru kəmərlərini doldurmaq üsün Azərbaycanın nefti kifayət qədərdir və buna ancaq sevinmək olar. Mən buna heç şübhə etmirəm" - deyə Margelov bildirib.

Xəbər lenti

Xəbər lenti