Azərbaycan, Bakı / Trend ,müxbir A. İsmayılova/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun jurnalistlərə verdiyi məlumata görə, sentyabrın 3-də Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri ilə görüşü keçiriləcək.
Avropa Birliyinin Yeni Qonşuluq Siyasətinin reallaşması çərçivəsində sentyabr ayının 3-də Brüsseldə Azərbaycanda mövcud olan demokratik və iqtisadi vəziyyət müzakirə olunacaq.
Nazir qeyd edib ki, sentyabr ayının ortalarında həmsədrlərin Bakıya və İrəvana səfəri gözlənilir. Bu görüşdən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünün vacibliyi müəyyən olunacaq.
Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olunub.