...

"Azadlıq" bloku Avropa İttifaqı-Azərbaycan fəaliyyət planına dair təkliflərini açıqlayıb

Siyasət Materials 18 Sentyabr 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ "Azadlıq" bloku Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa, bu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair təkliflər paketi hazırlayıb. Trend in məlumatına görə, çərşənbə axşamı təkliflər paketinin BMM-də təqdimat mərasimi keçirilib.

"Avropa İttifaqı-Azərbaycan fəaliyyət planının icrasına dair təkliflər paketi" adlanan sənəddə 10 prioritet sahədən 2-si üzrə konkret tədbirlər təklif olunur.

1996-cı ilin aprelində Azərbaycanla Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq sazişi", 2006-cı ilin noyabrında Avropa Qonşuluq Siyasəti çərçivəsində "Avropa İttifaqı-Azərbaycan fəaliyyət planı" imzalanıb. Beşillik müddəti əhatə edən fəaliyyət planı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın strateji hədəflərini və 10 prioritet sahə üzrə öhdəlikləri özündə əks etdirir.

"Azadlıq" bloku ikinci prioritet sahə üzrə - ədalətli və şəffaf seçki prosesi vasitəsilə Azərbaycanda demokratiyanın gücləndirilməsinə dair 13 təklif verir. 3 prioritet sahə - insan hüquqlarının və qanunun aliliyinin müdafiəsinə dair 26 təklif təqdim edilir. Bu sənəddə seçkilərin qarışıq sistemlə - proporsional və mojaritar seçki sistemi üzrə keçirilməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi, Konstitusiya islahatlarının aparılması, bələdiyyələrin səlahiyyətlərinin artırılması, hakim-vəkillər korpusunun təkmilləşdirilməsi, həbsxanalarda daimi ictimai monitorinqin aparılması, hakimiyyət bölgüsünün tarazlaşdırılması, "Diffamasiya haqqında" qanunun qəbul olunması, ümumi siyasi amnistiya tətbiq olunması, həbsdə olan jurnalistlərin azad edilməsi, siyasi partiyalara gərargahlar verilməsi və onların dövlət tərəfindən maliyyələşdirilməsi və s. təkliflər əks olunub.

Təkliflər paketi Azərbaycan hökumətinə və Avropa İttifaqına təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti