...

Gürcüstan xarici işlər naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 18 Sentyabr 2007 13:57 (UTC +04:00)

Gürcüstan xarici işlər naziri Gela Bejuaşvili Azərbaycanın müdafiə naziri Səfər Əbiyevi qəbul edib. Gürcüstan XİN-dən verilən məlumata görə, görüş bağlı qapılar arxasında keçib. Tərəflər Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər, "Qafqaz-Press"in verdiyi məlumatda belə deyilir.

Xarici İşlər Nazirliyi görüşün detalları barədə məlumat verməyib.

Bu gün Əbiyevin bağlı qapılar arxasında Gürcüstan prezidenti ilə də görüşəcəyi gözlənilir.

Sabah səhər Azərbaycanın müdafiə naziri Senakiyə (Qərbi Gürcüstan) yola düşəcək və bu yaxınlarda NATO standartları ilə tikilmiş hərbi bazaya baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti