...

DİN-in xaricdəki nümayəndələrinin təyinatı Xarici İşlər Nazirliyi ilə razılaşdırılacaq

Siyasət Materials 28 Sentyabr 2007 12:24 (UTC +04:00)
DİN-in xaricdəki nümayəndələrinin təyinatı Xarici İşlər Nazirliyi ilə razılaşdırılacaq

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri təyin edilərkən Xarici İşlər Nazirliyi ilə razılaşdırılacaq. Bu barədə Azərbaycan prezidentinin "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" 2006-cı il 12 iyun tarixli fərmanına edilən dəyişikliklərdə nəzərdə tutulub.

Həmçinin müəyyən edilib ki, Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələri öz funksiyalarını Azərbaycanın xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəliklərinin tərkibində həyata keçirəcəklər.

Əvvəlki qaydalara görə, DİN-in xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı nümayəndələri daxili işlər naziri tərəfindən təyin olunurdu.

Azərbaycan Daxili İşlər Nazirliyinin Gürcüstan, Ukrayna, Qazaxıstan və Rusiyada nümayəndələri var.

Xəbər lenti

Xəbər lenti