...

Azərbaycan yaxın zamanlarda Meksikada səfirlik açmağı planlaşdırır

Siyasət Materials 28 Sentyabr 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend S.Ağayeva / Azərbaycan yaxın zamanlarda Meksikada səfirlik açmaq niyyətindədir. Bu məsələni Nyu-Yorkda BMT Baş Assambleyasının 62-ci sessiyasında iştirak çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Meksika xarici işlər nazirinin müavini ilə müzakirə edib. Bu barədə cümə cünü ABŞ-dan telefonla Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev məlumat verib.

Azərbaycan rəhbərliyi bu il Meksikada səfirliyin açılması barədə qərar qəbul edib. Bu, prezidentin fərmanında öz əksini tapıb və parlamentin qərarında təsdiq olunub.

Səfirliyin açılması ikitərəfli ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına effektli yardım göstrə bilər. Bunu əvvəllər Azərbaycanın rəsmi şəxsləri ilə görüş zamanı Meksikanın ölkəmizdəki səfiri Salvador Kampos İkardon bildirib.

Meksika Azərbaycanın dənizdə neft istehsalı sahəsində olan təcrübəsinə maraq göstərir. "Yaxın zamanlarda bu məsələ və konkret layihələrin müzakirəsi üçün Meksikanın nümayəndə heyəti Azərbaycana gələcək" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti