...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub"

Siyasət Materials 2 Oktyabr 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 1-də saat 13.40-dan 15.00-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 16.10-dan 16.55-dək və saat 21.30-dan 23.50-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 21.30-dan 23.50-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli və Aşağı Veysəli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 2-də saat 00.40-dan 01.00-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 00.25-dən 00.35-dək və saat 05.30-dan 05.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 01.00-dan 03.30-dək Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 01.25-dən 01.35-dək və saat 04.45-dən 05.20-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumatda deyilir. Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti