...

Millət vəkilləri sosial sığorta ödəməkdən imtina edənlərin sərt formada cəzalandırılmasını vacib sayırlar

Siyasət Materials 3 Oktyabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycan parlamentinin üzvləri hesab edirlər ki, sosial sığorta ödəməkdən imtina edənlər ciddi formada cəzalandırılmalıdırlar ki, gələcəkdə belə hallar baş verməsin. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Sosial siyasət məsələləri daimi komissiyasında "Dövlət sosial sığorta sistemində fərdi uçot qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatlar bildirib.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən təklif olunan layihəyə əsasən, sığorta olunanı qeydiyyata almayan fiziki şəxslər, ailə-kəndli təsərrüfatı başçıları şərti maliyyə vahidinin 20 misli miqdarında, hüquqi şəxslər isə şərti maliyyə vahidinin 40 misli miqdarında cərimə olunacaqlar.

Hazırda ölkədə 1 milyon beş yüz mindən artıq sosial sığorta ödəyicisi var. Bunlardan 1 milyon 264 nəfər artıq fərdi uçto sistemində qeydiyyata düşüb və sosial sığorta şəhadətnaməsi alıblar.

Parlamentin Sosial siyasət daimi komissiyasının sədri, deputat Hadı Rəcəbli bildirib ki, sosial sığorta ödəməkdən imtina edən şəxslər daha ciddi formada cəzalandırılmalıdırlar. O hesab edir ki, sosial sığorta ödəməyənlərə qarşı ciddi maliyyə sanksiyaları tətbiq olunmalıdır.

Müzakirələrdən sonra qərara alınıb ki, sosial sığorta ödəməkdən imtina edənlərin daha sərt formada cəzalandırılması məsələsi Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə müzakirə olunsun. Ona görə də qanun layihəsinin parlamentdə müzakirəyə çıxırılması təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti