...

Lənkəranda axtarışda olan cinayətkarların 64,4%-i tutulub

Siyasət Materials 8 Oktyabr 2007 12:00 (UTC +04:00)

Azərbaycan Lənkəran / Trend müxbir P. Əliyeva/ Lənkəran rayonunda yanvar-sentyabr aylarında 294 cinayət faktı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53 fakt çoxdur, bazar ertəsi rayon Polis Şöbəsindən bildirilib.

Hesabat dövründə paytaxt Bakıdan 260 kilometr cənubda yerləşən Lənkəranda cinayət faktlarının 288-nin (92,9% ) üstü açılıb. Bağlı qalmış 6 cinayət faktının 3-ü narkotiklə, digərləri isə oğurluqla bağlıdır. Cinayətlərin 64-ü ağır və xüsusilə ağır cinayətlər olub ki, bunların 95%-nin üstü açılıb. Cinayətlərin 56-sı narkotiklə bağlı faktdır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 fakt çoxdur. Müəyyən edilmiş faktlarla əlaqədar 10 kiloqramdan artıq narkotik vasitələr dövriyyədən çıxarılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 kiloqram çoxdur.

Yanvar-sentyabr aylarında axtarışda olan 82 nəfərdən 53-ü (64,4%) tutulub. Axtarışda olan cinayətkarların tutulması ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% artıb.

Xəbər lenti

Xəbər lenti