...

Türkiyə hökuməti:"Türk millətinin tarixdə heç vaxt işlətmədiyi günahda ittiham edilməsinin qəbulu mümkün deyil"

Siyasət Materials 11 Oktyabr 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Türk millətinin tarixdə heç vaxt işlətmədiyi bir günahda ittiham edilməsi və bunun qəbul olunması mümkün deyil. Bu bəyanatla Türkiyə hökuməti çıxış edib. Bəyanatın mətni cümə axşamı Trend ə Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olub.

ABŞ Konqresinin beynəlxalq əlaqələr üzrə Komitəsi, 27 səs lehinə, 21 səs əleyhinə olmaqla, qondarma "erməni soyqırımı"nın tanınmasını təsdiqləyən sənəd qəbul edib. Sənədin mətnində deyilir ki: "Konqres ABŞ prezidentini hər il 24 apreldə "erməni soyqırımının" ildönümündə etdiyi müraciətində "milyon yarım erməninin sistematik və düşünülmüş qətli" ifadəsini dəqiq xarakterizə etməyə çağırır".

Türkiyə hökuməti cümə axşamı yaydığı bəyanatında Komitənin bu qərarını qınadığını bildirir. Türkiyə hökuməti hesab edir ki, bu qərarın lehinə səs verənlər və bu yöndə təbliğat aparanlar tarix qarşısında məsuliyyət daşıyırlar.

"Komitənin belə qərar çıxarması dost və müttəfiq ölkələr olan ABŞ-la Türkiyənin əlaqələrini çətin vəziyyətə salan məsuliyyətsiz bir addımdır. Qərarın Konqresin Baş Komitəsində qəbul edilməməsi üçün Türkiyə hər cür səylər göstərəcək"-deyə bəyanatda bildirilir.

Türkiyə hökuməti açıqlamasında 1915-ci il hadisələrinə bir daha aydınlıq gətirərək bildirir ki, I Dünya müharibəsi zamanı hərbi vəziyyətin yaratdığı şərtlər altında ,Türkiyədə, sadəcə, təhlükəsizlik tədbirləri görülüb. Türkiyənin 2005-ci ildən bəri erməni, türk və digər millətlərin tarixçilərinin birgə iştirakı ilə, 1915-ci il hadisələrinin araşdırılması barədə təklifini Ermənistan tərəfi qəbul etmir.

Xəbər lenti

Xəbər lenti