...

Bakıda seçki ilə bağlı şikayətlərə baxılma mexanizmləri ətrafında müzakirələr aparılacaq

Siyasət Materials 17 Oktyabr 2007 17:36 (UTC +04:00)
Bakıda seçki ilə bağlı şikayətlərə baxılma mexanizmləri ətrafında müzakirələr aparılacaq

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanda seçki prosesi ilə bağlı şikayətlərin həlli məsələsi və seçki komissiyalarının təşkili yenidən Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti nümayəndələrinin görüşündə və ilk dəfə Azərbaycanın siyasi partiyalarının iştirakı ilə noyabr ayının 7-9-da Bakıda müzakirə olunacaq. Bu barədə telefonla Strasburqdan Veenesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov məlumat verib.

"Zənn edirəm ki, müzakirələr, əsasən, şikayətlərə baxmalı olan orqanların sisteminin təkmilləşdirilməsi və komissiyaların formalaşdırılması problemləri ətraında olacaq",-deyə o söyləyib.

2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilər öncəsi Seçki Məcəlləsinin təkmilləşdirilməsi üzrə müzakirələr gedir. Seçki Məcəlləsi üzərində işlərin payıza qədər başa çatdırılması planlaşdırılsa da, proses müxalifət partiyalarının seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlı mövqeyinə görə uzanır.

Üç müxalifət partiyasını birləşdirən "Azadlıq" partiyası iyun ayında Venesiya Komissiyasına Azərbaycan Seçki Məcəlləsinə düzəlişlər və əlavələrlə bağlı təkliflər zərfi göndərib. Burada yeni seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması məsələsi əks olunub.

Digər müxalifət partiyaları komissiyaların hakimiyyət və müxalifət nümayəndələrinin paritet əsaslarla iştirakı üzrə təkliflərini hazırlayaraq hökumətə və Venesiya Komisiyasına təqdim etmək barədə planlarını bildiriblər. Seçki komissiyalarının qərarları səsvermə yolu ilə 50+1 prinsipi əsasında qəbul olunmalıdır.

Tərəflər əvvəllər dəfələrlə seçki prosesindən şikayətlərə baxmalı olan orqanın təkmilləşdirilməsi məsələlələrini müzakirə ediblər. Kuznetsovun sözlərinə görə, hər seçkidən sonra, Azərbaycanda seçki prosesinin bir çox iştirakçıları şikayətlərə baxılma sisteminin səmərəli olmamasını göstərirlər. Bu proses yuxarı seçki komissiyaları və məhkəmələr tərəfindən ləngidilir.

Parlament aparatının rəhbəri Səfa Mirzəyevin sözlərinə görə, Bakıda keçiriləcək görüş zamanı Seçki Məcəlləsində şikayətlərə baxılma müddətinin azaldılması üzrə dəyişikliklərin razılaşdırılması planlaşdırılır.

"Azərbaycan tərəfi hesab edir ki, şikayətlərə hüquqşünasların işitrakı ilə xüsusi komissiyalar baxmalıdır"-, deyə o söyləyib.

Venesiya Komissiyası nümayəndələrinin fikrincə, Məcəllədə səlahiyyətli orqanlara müraciət üçün dəyişikliklər tələb olunur.

"Seçki zamanı bir çox problemlər tez həll olunmalıdır. Ona görə ki, seçki keçirilir, sonra əgər namizəd qələbə qazansa belə, onu heç kəs namizəd edə bilməz",-deyə o söyləyib.

Venesiya Komissiyası, ATƏT və Azərbaycan hökuməti arasında birgə iş çərçivəsində, artıq Seçki Məcəlləsinə səsvermə zamanı barmaqların işarələnməsi ilə bağlı maddə daxil edilməsi razılaşdırılıb. Bu yenilik 2005-ci il parlament seçkiləri zamanı Azərbaycan prezidentinin sərəcamı ilə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti