...

Səfir: "Azərbaycan-Küveyt birgə İqtisadi komissiyası yaradılacaq"

Siyasət Materials 22 Oktyabr 2007 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/Azərbaycan-Küveyt birgə İqtisadi komissiyası yaradılacaq. Bu barədə bazar ertəsi Bakıda Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev məlumat verib.

Səfir qeyd edib ki, birgə komissiyanın yaradılması ilə bağlı sənəd üzərində iş başa çatdırılıb və müzakirənin son mərhələsindədir: "Yaxın zamanlarda yüksək səviyyəli görüşlərin birində sənəd imzalanacaq".

Abdullayev hesab edir ki, birgə iqtisadi komissiyanın yaradılması vacibdir. Çünki iki ölkənin iqtisadi potensialı böyükdür. Onun sözlərinə görə, Azərbaycanda olan cəlbedici investisiya mühiti Küveyt tərəfində maraq doğurub: "Bu ölkənin ən böyük şirkətləri Azərbaycan tərəfi ilə danışıqlar aparır. Artıq müəyyən razılaşmalar əldə olunub".

Səfir deyib ki, Küveytin iş adamları Azərbaycanda energetika, turzim və sənaye sahələrinə maraq göstərirlər. Bu sahələrə investisiya yatırılması ilə bağlı böyük layihələr var və onlar nəzərdən keçirilir.

"Azərbaycan tərəfi, eyni zamanda, Küveytlə hərbi əməkdaşlığı da genişləndirmək istəyir", -deyə Abdullayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti