...

Benilüks ölkələri GUAM-a maraq göstərir

Siyasət Materials 25 Oktyabr 2007 18:55 (UTC +04:00)
Benilüks ölkələri GUAM-a maraq göstərir

Azərbaycan, Bakı, / Trend , müxbir S.Ağaeva/ Benilüks ölkələri "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"-la əməkdaşlığa maraq göstərirlər. Cümə axşamı təşkilatın katibliyindən verilən məlumata görə, GUAM-ın Baş Katibi Valeri Çeçelaşvili, Belçika Krallığının Ukraynadakı səfiri Mark Vink, Belçika XİN-nin Mərkəzi və Şərqi Avropa Departamentinin direktoru Vili De Buk və Aİ-nin xarici əlaqələr üzrə direktoru, Belçikanın XİN rəhbəri Filip David əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Gələcək əməkdaşlığın formatı hələ müəyyən olunmayıb, mümkündür ki, GUAM-Aİ formatında keçiriləcək növbəti görüşdə əməkdaşlığın konkret isitiqamətləri müəyyən olunsun, katiblikdən verilən məlumatda belə deyilir. GUAM-ın Baş Katibi görüşdə təşkilatın məqsəd və vəzifələri, Azərbaycanın sədrlik proqramının prioritetləri, GUAM formatında regional layihələrin perspektiv reallaşması, həmçinin, GUAM-ın oktyabrın 10-da Vilnüsdə keçirilən ildönumü sammitinin nəticələri barədə məlumat verib.

GUAM-ı formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammitdə GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub. Təşkilat əvvəlcə enerji daşıyıcılarının nəqli layihəsinin iştirakçısı olacaq potensial ölkələrin iqtisadi birliyi kimi yaradılıb. Tədricən, siyasi-hərbi məsələlər və sülhməramlı qüvvələrin yaradılması məsələsi müzakirə olunmağa başlanıb.

Təşkilat çərçivəsində GUAM-ABŞ, GUAM-Yaponiya, GUAM-Polşa, GUAM-Aİ kimi formatlar da mövcuddur.

Xəbər lenti

Xəbər lenti