...

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəsi Tulaya səfər edib

Siyasət Materials 27 Oktyabr 2007 11:58 (UTC +04:00)
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəsi Tulaya səfər edib

Azərbaycan, Bakı, / Trend müxbir/ S.Ağayeva/ Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubunun başçısı Leyla Əliyevanın oktyabrın 26-da qubernator Vyaseslav Dudko ilə keçirdiyi görüşdə azərbaycanlılar üçün bazar günü məktəblərinin yaradılması, ikitərəfli iqtisadi əməkdaşlıq, mədəni əlaqələr və digər məsələlər müzakirə olunub.

Heydər Əliyev Fondundan verilən məlumata görə, görüşdə Azərbaycan və Rusiya arasında dostluq münasibətləri xüsusilə vurğulanıb, regionun Azərbaycan icmasına dair məsələlər müzakirə olunub. Əliyevanın sözlərinə görə, səfərin məqsədi Tula vilayətində yaşayan gənc həmvətənlər, eləcə də, Azərbaycan diasporu ilə sıx əlaqələrin qurulmasıdır.

"Fondun Rusiya nümayəndəliyinin məqsədi Azərbaycan mədəniyyəti, tarixi, elmi barədə Rusiyada bilikləri artırmaq, beləliklə də, Azərbaycan və Rusiya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək etməkdir" - deyə o qeyd edib.

Heydər Əliyev Fondunun Rusiyadakı təmsilçisi Leyla Əliyeva, həmçinin, Tula Dövlət Silah Muzeyinə baş çəkib, Tolstoy adına Tula Dövlət Pedoqoji Universitetinin tələbələri ilə görüşüb, daha sonra isə, jurnalistlərlə Tula səfəri ilə bağlı təəssüratlarını bölüşüb. "Qubernatorla görüş çox yaxşı və səmimi keçdi. Biz gələcəkdə də əməkdaşlıq edəcəyik, bizim bir çox planlarımız var və bu planları tədricən həyata keçirəcəyik. Mənim əsas məqsədim gəncələrimizə daha da fəal olmaları, Rusiya cəmiyyətinə inteqrasiya etmələri üçün kömək etməkdir" - deyə Leyla Əliyeva bildirib.

Qonağı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişi ilə, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov müşayiət edib.

Videosüjetlə aşığıdakı linkdə tanış olmaq olar: //tula.rfn.ru/rnews.html?id=22119&cid=9

Xəbər lenti

Xəbər lenti