...

Huquq müdafiəçisi: "Rəsmi Tehran İranın Güney Azərbaycan milli fəallarına qeyri-insani təzyiq göstərir"

Siyasət Materials 29 Oktyabr 2007 17:01 (UTC +04:00)
Huquq müdafiəçisi: "Rəsmi Tehran İranın Güney Azərbaycan milli fəallarına qeyri-insani təzyiq göstərir"

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ İranda yaşayan Güney Azərbaycan milli fəallarına repressiyaların artması müşahidə olunur. "Rəsmi Tehran İranın Güney Azərbaycan milli fəallarına qeyri-insani təzyiq göstərilir, siyasi fəallara uzunmüddətli həbs və şallaq cəzası kəsilir", - deyə, Kanadada fəaliyyət göstərən Güney Azərbaycan Məhbusları Müdafiə Assosiasiyasıının sədri, İranlı hüquq müdafiəçisi Faxtə Zəmani bildirib.

Məhbusları Müdafiə Komitəsinin yaydığı məlumata əsasən, hazırda 20-dən çox tanınmış milli fəal uzunmüddətli həbs cəzası çəkir. Təbriz Universitetinin müəllimi Məhəmmədəli Heydəri oktyabrın 27-də həbs olunub. Onun harada saxlandığı məlum deyil Keçən həftə İranın Parsabad şəhərində üç milli fəala kəsilmiş 80 şallaq cəzası icra olunub.

Zəmani bazar ertəsi Torontodan telefonla Trend ə bildirib ki, İran hakimiyyəti ölkədə yaşayan etnikləri ən adi haqlarından belə məhrum edir. "İranda çoxluq təşkil edən Aərbaycan xalqı, iqtisadi, siyasi və mədəni təzyiqlərə məruz qalıb. Onların ana dilində məktəbi yoxdur, bu isə, qanuna ziddir.

İran Konstitusiyasına əsasən, ölkədə yaşayan etniklər öz dillərində təhsil almalıdır. İranda kürd, türk, bəluç, ərəb və erməni etnikləri arasında, bu qanun yalnız ermənilərə tətbiq olunur. Qeyri - rəsmi məlumata əsasən, İranda 35 milyon azərbaycanlı yaşayır.

Zəmani bildirib ki, Güney Azərbaycanın milli fəallarına həbs və şallaq cəzasından əlavə, həbsxanada işgəncə verilir. "Abbas Lisaniyə kəsilmiş 30 ay həbs və 100 şallaq cəzası qeyri-qanunidir. Lisanini aylarla həbsxanada işgəncə verilib, onu "narkotk maddələr satışı" və "qəsdən adamöldürmə ittihamı" ilə həbs olunanlar korpusunda saxlayıb, ailəsi ilə görüşməyə belə imkan verməyiblər"-deyə hüquq müdafiəçisi bildirib.

İranın Ərdəbil şəhərində fəaliyyət göstərmiş milli fəal Lisaninin həyat yoldaşının Trend ə verdiyi məlumata əsasən, Lisani İranın Inqilab məhkəməsi tərəfindən "Milli təhlükəsizliyi pozmaq ittihamı ilə, 30 ay həbs və 100 şallağa məhkum onunub. 16 aylıq həbsdən sonra, yenidən ona qarşı 2 məhkəmə işi qaldırılıb.

Zəmani bildirib ki, milli fəalların ailələrinə də təzyiqlər güclənib. "Bəzi milli fəalların ailə üzvlərinə də işgəncə verilib"-deyə huquq müdafiəçisi bildirib.

Xəbər lenti

Xəbər lenti