...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 5 Noyabr 2007 10:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 4-də saat 17.15-dən 18.30-dək Ermənistan Respublikası Berd rayonunun Ayqepar kəndinin şimal-şərqində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi sahəsindəki mövqelərini, saat 22.50-dən 23.50-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən, saat 21.30-dan noyabrın 5-də saat 04.45-dək fasilələrlə Ağdam rayonunun Mərzili və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti