...

Azərbaycan prezidenti beş ölkənin yeni səfirlərinin etimadnaməsini qəbul edib

Siyasət Materials 13 Noyabr 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı noyabrın13-də Prezident sarayında beş ölkənin - Malayziya, Qana, Fələstin, Avstriya, Kot-d-İvuar və Niderlandın Azərbaycana yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.

Prezident Əliyev Malayziyanın yeni səfiri Dato Saipul Anuar Əbd Muini, Avstriyanın səfiri Marius Kalligarisi, Niderland Krallığının səfiri Marsel Kurperşoyeki, Kot-d-İvuar Respublikasının səfiri Fanidi Qnyano Filiberi, Fələstin Muxtariyyətinin diplomatı Əsəd Əbdülmunim əl-Əsədi, Qana Respublikasının səfiri Edvard Apau Monteyi yeni vəzifələri münasibəti ilə təbrik edib. Dövlət başçısı yeni səfirlərlə söhbətində bildirib ki, Azərbaycanın həmin dövlətlərlə əlaqələrinin genişlənəcəyinə ümidvardır.

Xəbər lenti

Xəbər lenti