...

Azərbaycanın futbol üzrə yığması Helsinkidə qələbəni əldən verdi

Siyasət Materials 17 Noyabr 2007 21:33 (UTC +04:00)
Azərbaycanın futbol üzrə yığması Helsinkidə qələbəni əldən verdi

Azərbaycan, Bakı / Trend / Bu gün Helsinkidə Avro-2008 seçmə mərhələsi çərçivəsində Finlandiya və Azərbaycan yığmaları arasında oyun keçirilib. Bu matçda Qyoko Hacievskinin yetirmələri baxımlı futbol nümayiş etdiriblər.

Gözlənilmədən birinci hissə qolsuz heç-heçə ilə sonuclanıb. Meydan sahibləri bütün cəhdlərə rəğmən yığmamızın qapısına yol tapa bilməyiblər.

Oyunun ikinci hissəsində isə komandalar daha dinamik futbol nümayiş etdiriblər. Matçın 63-cü dəqiqəsində Mahmud Qurbanov finləri meydanın mərkəzinə dəvət edib. Hadisələrin belə gedişatını heç cür proqnozlaşdırmayan meydan sahibləri bu qoldan sonra çaş-baş qalıblar. Lakin sevincimiz uzun çəkməyib. Belə ki, artıq 80-ci dəqiqədə finlər hesabı bərabərləşdirə biliblər. Qapımıza vurulan qolun müəllifi Mixayel Forsel olub.

Təəssüf ki, futbolçularımız bu hesabı qoruya bilməyiblər. Belə ki, 85-ci dəqiqədə Kuqi komandasının qələbə qolunu vurub. Arbitrin əlavə etdiyi dəqiqələrdə azərbaycanlı futbolçular hesabı bərabərləşdirə bilsələr də, hakim bu qolu qeydə almayıb. Nəticədə oyun finlərin 2:1 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti

Xəbər lenti