...

Gəncənin yeni polis rəisi təyin olunub

Siyasət Materials 24 Noyabr 2007 10:18 (UTC +04:00)
Gəncənin yeni polis rəisi təyin olunub

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Gəncə şəhər Polis İdarəsinin yeni rəisi təyin olunub. Gəncə şəhər Polis İdarəsindən şənbə günü Trend ə bildiriblər ki, daxili işlər naziri Ramil Usubovun sərəncamı ilə polkovnik Rasim Musayev Gəncənin polis rəisi təyin olunub.

Bir neçə gün öncə 11 il Gəncə şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışan Qərib Həsənov yaş həddinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Musayev bu vəzifəyə təyin olunmazdan öncə Cəlilabad rayon Polis idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan öncə isə Bakı şəhərinin Binəqədi rayon Polis İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov Trend ə açıqlamasında məlumatı təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti