...

Azərbaycanlı deputatlar Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

Siyasət Materials 29 Noyabr 2007 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin deputatları beynəlxalq müşahidəçi qismində Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri izləyəcəklər. Bu barədə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Rusiyada parlament seçkiləri dekabrın ikisində keçiriləcək.

Azərbaycan parlamenti nümayəndə heyətinin tərkibinə Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri Arif  Rəhimzadə, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov, İnsan hüquqları daimi komissiyasının sədr müavini Yevda Abramov, deputatlar Elmira Axundova, Adil Əliyev,  Xəlilbəy Günəşov, Sabir Hacıyev və Mirkazım Kazımov daxildir. Onlar Rusiyanın Moskva, Sankt-Peterburq və Mahaçqala şəhərlərində seçki prosesinin gedişini  izləyəcəklər.

Xəbər lenti

Xəbər lenti