...

Gəncədə silah-sursat tapılıb

Siyasət Materials 3 Dekabr 2007 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Gəncə şəhərində silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, Gəncə polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində dekabrın 2-də bir nömrəsiz "PPS" markalı pulemyot, 30 qumbara, 685 müxtəlif çaplı patron, 2 tüstüverici şaşka, bir P-158 markalı radiostansiya, bir dəbilqə, 11 patron darağı və digər hərbi sursatlar tapılıb. Faktla bağlı araşdırma aparılır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti