...

ATƏT Azərbaycanın polis idarələrinə mətbuat zabitləri təyin etməyi təklif edir (video)

Siyasət Materials 3 Dekabr 2007 14:43 (UTC +04:00)
ATƏT Azərbaycanın polis idarələrinə mətbuat zabitləri təyin etməyi təklif edir (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ ATƏT-in nümayəndəsi polis orqanlarından məlumat alan jurnalistlərin işini asanlaşdırmaq üçün Azərbaycanın müvafiq idarələrinə mətbuat zabitləri təyin etməyi təklif edir. Bu barədə bazar ertəsi ATƏT-in Bakıdakı polislə iş üzrə eksperti Andras Xujik məlumat verib. Onun sözlərinə görə, bəzi hallarda istintaq maraqları informasiya verməməyi tələb edir. Lakin bəzən polislərin hərəkətləri əsaslandırılmamış olur, KİV və hüquq-mühafizə orqanlarının işçiləri arasında problemlər yaradır. O, bütün ölkələrdə polis idarələrində KİV və polis nümayəndələri ilə daimi və müntəzəm əlaqəsi olan mətbuat zabiti xidmətinin olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti