...

Rusiya vətəndaşlarının böyük əksəriyyəti "Yedinaya Rossiya"nın qələbəsinə şübhə etmir - səfir (video)

Siyasət Materials 5 Dekabr 2007 14:02 (UTC +04:00)
Rusiya vətəndaşlarının böyük əksəriyyəti "Yedinaya Rossiya"nın qələbəsinə şübhə etmir - səfir (video)

Azərbaycan, Bakı, Trend müxbir S.Ağayeva / Çərşənbə günü Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov dekabrın 2-də Dövlət Dumasına keçirilən seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransında bəyan edib ki, Rusiya vətəndaşlarının böyük əksəriyyəti "Yedinaya Rossiya"nın qələbəsinə şübhə etmir.

MSK sədri Vladimir Çurovun seçkilərdən sonra veridiyi məlumata görə, bülletenlərin demək olar ki, 98%-nin hesablanmasının yekunlarına görə, "Yedinaya Rossiya" ("Vahid Rusiya") səslərin 64%-ni (43 mln. nəfər seçici) qazanıb.

Səfir bildirib ki, beynəlxalq və yerli müşahidəçilər seçkiləri müxtəlif cür qiymətləndirir və qeyd edib ki, "ciddi qanun pozuntuları ilə bağlı iradlar yoxdur".

Bir çox beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Parlament Assambleyasının sədri Qoran Lenmarker ciddi qanun pozuntularının olması və seçki zamanı səsvermənin nəticələrinin saxtalaşdırıldığını bəyan edib. Rusiyalı diplomat bu iradlarla razı deyil və hesab edir ki, bütün irəli sürülən iradlar mübahisəlidir. "Rusiya vətəndaşları səslərini "Yedinaya Rossiya" partiyasına verməklə öz seçimlərini sərbəst və demokratik şəkildə ifadə edə biliblər" - deyə səfir bildirib.

Rusiyanın Dövlət Dumasına Azərbaycanda keçirilən seçkilərdə "Yedinaya Rossiya" partiyası liderlik edib. "İlkin hesablamalara görə, Azərbaycanda seçicilərin 75%-i "Yedinaya Rossiya" partiyasının lehinə səs verib" - deyə səfir bildirib.

İkinci yeri RF-nin Kommunist Partiyası, üçüncü yeri isə Liberal Demokrat Partiyası (RLDP) tutur. Səsvermə günü Azərbaycanda 1497 seçici səs verib. Azərbaycanda iki seçki məntəqəsi yaradılıb, Bakıda səfirlikdə və Qəbələdə, burada seçki məntəqəsi ailələləri ilə birlikdə Qəbələdə yaşayan və "Dəryal" RLS-də xidmət edən Rusiya hərbçiləri üçün yaradılıb.

Xəbər lenti

Xəbər lenti