...

Azərbaycanın qərb rayonunda yol-nəqliyyat hadisələrinin sayı artıb

Siyasət Materials 5 Dekabr 2007 14:09 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Ağstafa rayonunda yol hərəkəti qaydalarının pozulması halları artıb. Ağstafa rayon Polis İdarəsinin rəisi Rasim Əliyev çərşənbə günü Trend ə bildirib ki, yanvar-noyabr aylarında 152 yol-nəqliyyat pozuntusu baş verib, nəticədə 8 nəfər həlak olub, 2-si yaralanıb. Polis rəisinin sözlərinə görə, yol-nəqliyyat pozuntusundan 8-i avtomobili sərxoş halda idarəetmə, 16-sı sürət həddini aşma, 30-u texniki baxışdan keçməmə, 44-ü görməni məhdudlaşdıran vasitələrdən istifadə etmə, 22-si qadağan edilmiş yerdə saxlama, 8-i sürücülük vəsiqəsinin olmaması ilə bağlıdır. Ağır yol qəzaları törətdiyinə görə 5 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Ağstafa paytaxt Bakıdan 420 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti