...

Belarus Azərbaycana hərbi texnikanın təmirini təklif edir

Siyasət Materials 6 Dekabr 2007 14:32 (UTC +04:00)
Belarus Azərbaycana hərbi texnikanın təmirini təklif edir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Belarus Azərbaycana hərbi texnikanın təmir olunmasını təklif edir.

"Belarus - hərbi texnika istehsalçısı deyil, bizim güclü təmir bazamız mövcuddur və bunu Azərbaycana təklif edirik" - deyə cümə axşamı jurnalistlərə Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç bildirib.

O bildirib ki, Belarus zavodlarında BTR-dən tutmuş təyyarəyə qədər istənilən hərbi texnika növünü təmir etmək mümkündür.

Səfirin bildirdiyinə görə, ölkələr NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində və kadrların hazırlanması məsələsində fəal əməkdaşlıq edir. "Lakin Belarus hərbi ləvazimatlar, hərbi təyinatlı optik cihazlar, həmçinin qida məhsullarının tədarükü kimi sahələrdə bu əməkdaşlığı genişləndirmək istəyərdi" - deyə Pastkeviç bildirib.

Xəbər lenti

Xəbər lenti