...

Müxalifətyönlü təşkilat növbəti dəfə mitinqə hazırlaşır

Siyasət Materials 8 Dekabr 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azərbaycan yolu" Siyasi Hərəkatı dekabrın sonunda mitinq keçirilməsi ilə bağlı növbəti dəfə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Bu barədə şənbə günü Trend ə Hərəkatın sədri İlqar Qasımov məlumat verib.

"Azərbaycan yolu" Siyasi Hərəkatı Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsinə dəstəyini nümayiş etdirmək məqsədilə dekabrın 9-da Bakının "Ukrayna" meydanında mitinq keçirməyi planlaşdırırdı. Lakin Bakı Şəhər İcra Hakimiyyəti "Ukrayna" meydanında mitinqə izacə verməyib, əvəzində "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunu təklif edib.

Təklif olunan yer mitinq keçirmək üçün əlverişsiz vəziyyətdə olduğu üçün 9 dekabr mitinqi təxirə salınıb.

Qasımov bildirib ki, bazar ertəsi növbəti mitinqin gününü təyin edəcəklər və yenə də aksiyanı "Ukrayna" meydanında keçirməkdə israrlı olacaqlar.

Dekabrın 22-də söz azadlığının müdafiə komitəsi "Ukrayna" meydanında mitinq keçirməyi planlaşdırır. Qasımovun sözlərinə görə, həmin mitinqlə üst-üstə düşməməsi üçün "Azərbaycan yolu" Siyasi Hərəkatı öz aksiyasını 22 dekabrdan sonraya təyin edəcək.

"Azərbaycan yolu" Siyasi Hərəkatı müxalifətyönlü, ictimai-siyasi qurumdur. Azərbaycanda yaşayan İlqar Qasımov Rusiyanın vətəndaşı və bu ölkənin ədliyyə generalıdır.

Xəbər lenti

Xəbər lenti