...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 10 Dekabr 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 9-da saat 19.50-dən dekabrın 10-u saat 02.55-dək fasilələrlə Ağdam rayonu Cavahirli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 20.40-dan 20.50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərindən, Dekabrın 10-da saat 04.50-dən 04.55-dək və saat 06.00-dan 06.15-dək Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə bazar ertəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti