...

Yaponiya XİN-də GUAM məsələləri üzrə xüsusi nümayəndə təyin olunub

Siyasət Materials 10 Dekabr 2007 11:06 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Yaponiyanın Xarici İşlər Nazirliyində bu ölkə hökumətinin qərarı ilə GUAM məsələləri üzrə xüsusi nümayəndə təyin olunub.

"Yaponiya hökumətinin bu qərarına dair məlumatı bizə Yaponiyanın xarici işlər naziri Masaxiko Komura verib. Bu Yaponiya ilə bizim aramızda əməkdaşlığı təşviq edən önəmli bir addımdır" - deyə bazar günü Trend ə müsahibəsində Valeri Çeçelaşvili bildirib.

2007-ci il dekabrın 4-6-da Tokioda Yaponiya ilə "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" arasında ikinci görüş baş tutub. GUAM-Yaponiya formatında keçirilən görüş və məsləhətləşmələrdə GUAM-ın baş katibi Çeçelaşvili və GUAM-a üzv dövlətlərin milli koordinatorları iştirak edib. Yaponiya tərəfi xarici işlər naziri Komuro, onun müavini Masakatsu Koike, Yaponiya Xarici İşlər Nazirliyinin GUAM məsələləri üzrə xüsusi nümayəndəsi Keiiti Katakami ilə təmsil olunub.

Yaponiya-GUAM formatında əməkdaşlığın perspektivləri barədə danışan Ukraynanın milli koordinatoru, Ukrayna xarici işlər nazirinin müavini Andrey Veselovski Trend ə müsahibəsində bildirib ki, yaponlar GUAM-a üzv ölkələrin bazarları ilə maraqlanırlar, biz isə öz növbəmizdə Yaponiya investisiyalarının ölkələrimizə cəlb edilməsində maraqlıyıq.

Xəbər lenti

Xəbər lenti