...

Putinin mümkün Baş nazirliyi ölkədə ictimai-siyasi vəziyyətə heç bir təsir göstərməyəcək-Rusiyalı ekspert

Siyasət Materials 12 Dekabr 2007 16:54 (UTC +04:00)
Putinin mümkün Baş nazirliyi ölkədə ictimai-siyasi vəziyyətə heç bir təsir göstərməyəcək-Rusiyalı ekspert

Rusiya, Moskva/ Trend R.Ağayev/ Dmitri Medvedyev Rusiya prezidenti seçildiyi halda, Putinin mümkün Baş nazirliyi ölkədə ictimai-siyasi vəziyyətə heç bir təsir göstərməyəcək. Burada ən mühüm olan , prezidentin seçki kampaniyasının parlamentə seçki kampaniyası ilə eyni texnologiya üzrə aparılması olacaq. "Kommersant" qəzetinin baş redaktor müavini, siyasi müşahidəçi Azər Mürsəliyev belə hesab edir. Dekabrın 2-də keçirilən parlament seçkilərində səslərin 75 faizini toplayan dörd siyasi partiya bazar ertəsi RF prezidentliyinə Baş nazirin müavini Dmitri Medvedyevin namizədliyini irəli sürməyi təklif edib. RF prezidenti Vladimir Putin bu təşəbbüsü dəstəkləyib. Çərşənbə günü Mürsəliyev Trend -ə bildirib ki, mart ayında keçiriləcək prezidenti seçkilərindən sonra Putinə Baş nazir olmağı təklif edən Medvedyev, iki ay əvvəl Putini öz seçki siyahısına başçılıq etməyə dəvət edən "Yedinaya Rossiya" -nın etdiyi hərəkəti təkrarlayıb. " "Yedinaya Rossiya" partiyası seçki kampaniyasını Putinə etibar üzrə referendum kimi aparıb və indiki prezident kampaniyası da eyni ruhda aparılacaq -prezident Medvedyevə səs verməklə, siz Baş nazir Putinə səs verirsiz" -o bildirib. Ekspertin sözlərinə görə, ölkə Konstitusiyasına əsasən, Vladimir Putinin Rusiyada tuta biləcəyi ən yüksək vəzifə Baş nazir vəzifəsidir. Konstitusiyaya görə, Putin üç dəfə ardıcıl olaraq prezident vəzifəsini tuta bilməz. Digər vəzifələr isə, hökumət sədri vəzifəsindən aşağıdır. Siyasi şərhçi bildirib ki, Putin artıq bir dəfə Baş nazir olub. Lakin onun rəyinə görə, Putin xəstə, zəif və o dövrdə o qədər də məşhur olmayan Boris Yeltsinin vaxtında Baş nazir olub. Mürsəliyevin sözlərinə görə, Boris Yeltsinin Putini Baş nazir təyin etməsinə və öz varisi adlandırmasına baxmayaraq, xalqın gözündə o Boris Yeltsindən sadəcə uzaqlaşdırılmamışdı. Xalqın gözündə Putin Yeltsinin birbaşa əksi və alternativi kimi qəbul edilirdi. "Bu dəfə müəyyənləşdirmə üzrə belə hal baş verə bilməz. Medvedyev və Putin komandasının bütün digər üzvləri səkkiz il ərzində onun ailəsinin üzvləri olublar və bu səkkiz il ərzində xalqın gözündə bütün uğurlar Putinin adına, uğursuzluqlar, problemlər isə, pis məmurların, Baş nazirin, nazirlərin, Dumanın adına yazılıb. Əgər belə konsturksiya baş tutsa, bu, Putin üçün kifayət qədər riskli olacaq. Belə ki, onu sevən əhali üçün, Putin, gələcək səhvləri kiminsə adına yazmaq imkanı saxlamayacaq"-Mürsəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti