...

Azərbaycanın təqdim etdiyi layihə Venesiya Komissiyasının tövsiyələrinə uyğun gəlir- komissiyanın rəsmisi

Siyasət Materials 12 Dekabr 2007 17:36 (UTC +04:00)

Fransa, Strasburg Trend , müxbir A. Məhərrəmli/ Azərbaycan tərəfindən təqdim olunan layihə, əsasən, Venesiya Komissiyasının tövsiyələrinə uyğun gəlir, çərşənbə axşamı " Trend " ə eksklüziv açıqlamasında Venesiya Komissiyasının Konstitusiya əməkdaşlığı şöbəsinin rəhbəri Simona Granata-Mengini bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi 1998-ci ildə qəbul edilmiş " Sərbəst toplaşma azadlığı " haqqında Qanunla bağlı əlavə və dəyişikliklərə dair layihəni (düzəlişlər layihəsini) Venesiya Komissiyasına təqdim edib. "Bizim 2007-ci il noyabrın 21 - də bu Qanunun təkmilləşdirilməsi barədə Azərbaycan nümayəndələrinin iştirakilə Bakıda keçirdiyimiz dördüncü görüş zamanı qərara alındı ki, Azərbaycan tərəfi sözügedən qanuna dair yekun təkliflər layihəsini, rəy verilmək üçün Venesiya Komissiyasına təqdim etsin. Göndərilən sənəd bizim həmin Qanunla bağlı dəyişikləri nəzərdə tutan yekun rəyə, əsasən, uyğun gəlir və Venesiya Komissiyasının 2007-ci il dekabrın 14-15 - də Venesiyada keçiriləcək 73-cü plenar sessiyasında müzakirə ediləcək "- deyə o, bildirib.

Venesiya Komissiyasının bu məsələ ilə bağlı tövsiyələri qurumun üzvləri Boqdan Aurescu və Filona Flanaqanın şərhləri əsasında hazırlanıb.

Sessiya çərçivəsində, sərbəst toplaşma azadlığı ilə bağlı Azərbaycan tərəfindən təqdim olunan layihənin müzakirəsində Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti