...

Azərbaycan prezidenti Yaponiya imperatorunu təbrik edib

Siyasət Materials 22 Dekabr 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Yaponiyanın milli bayramı - İmperatorun təvəllüd günü münasibətilə imperator Akihitoya və baş nazir Yasuo Fukudaya təbrik məktubu göndərib.

"Biz Azərbaycan ilə Yaponiya arasındakı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, əlaqələrimizin genişlənməsi, əməkdaşlığımızın dərinləşməsi prosesləri bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir", -deyə təbrik məktubunda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti