Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda Özbəkistan hüquq-mühafizə orqanları tərəfindən vəzifə səlahiyyətlərini aşma maddəsi ilə axtarışda olan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinidən şənbə günü Trend ə bildiriblər ki, Qusar rayon Polis İdarəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dünən Daşkənd şəhər Daxili İşlər İdarəsi tərəfindən Özbəkistanın Cinayət Məcəlləsinin 167, 209 və 301-ci maddələri (mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərini aşma) ilə axtarışda olan Ralik Ramazanov tutulub.
Məlumata görə, Ramazanov məhkəməsinin başlanması üçün Özbəkistana göndəriləcək.