...

Azərbaycan prezidenti Bakıda Dövlət Bayrağı Meydanının təməlini qoyub

Siyasət Materials 30 Dekabr 2007 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakının Bayıl qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin Bazasında bazar günü prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməlqoyma mərasimi keçirilib.

Əvvəlcə prezident Dövlət Bayrağı Meydanının layihəsi ilə tanış olub. Layihənin texniki rəhbəri "Azərenerji" ASC-nin "Azərenerjitikinti" qurumu tikinti-quraşdırma işlərini yerinə yetirəcək. Layihənin müəllifi ABŞ-ın "Trident Sapport" şirkəti bayrağı hazırlayacaq və nəzərdə tutulan yerdə ucaldacaq. Şirkətin prezidenti Deyvid Çəmbers Dövlət Bayrağı Meydanının texniki-iqtisadi göstəriciləri barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, bayrağın hündürlüyü 150 metr, ümumi çəkisi 220 ton olacaq. Küləyin maksimal sürətində bayrağın əyilmə radiusu 4,2 metrdir. Bayrağın quru vəziyyətdə çəkisi 350 kiloqram olacaq. Prezident Əliyev Dövlət Bayrağı Meydanı üçün seçilən yerin əlverişli olduğunu deyib və digər yaşayış mətəqələrində də bayraqların ucaldılması ilə bağlı tapşırıqlarını verib.

"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına Azərbaycan bayrağının ucaldılması zamanı istifadə ediləcək xüsusi kran barədə məlumat verib. Sonra prezident Əliyev Dövlət Bayrağı Meydanının təməlini qoyub.

Xəbər lenti

Xəbər lenti