...

Ermənilər Azərbaycanın isğal altında olan ərazilərdə güclü partlayışlar törədiblər

Siyasət Materials 7 Yanvar 2008 21:34 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend müxbir Ş.Cəliloğlu/ Bu gün saat 17.00 radələrindən başlayaraq Tərtər rayonunun isğal altında olan ərazilərdə ermənilər güclü partlayışlar törədiblər. Cəbhə yanı kənd sakinləri Trend in bölgə müxbirinə verdiyi məlumata görə ermənistan ordusunun bölmələri Tərtərin isğal altında olan Talış kəndi ərazisində 30 dəqiqə müddətində bir neçə dəfə partlayışlar törədiblər. Partlayış səsləri tamas xəttində yerləşən kəndlərdə açıq-aydın eşidilməklə bərabər, torpaq titrətməsidə yaradıb. Naticədə kənd sakinlərinə məxsus olan fərdi yaşayıs evlərin hasarlarında çatlar əmələ gəlib.

Qeyd edək ki nəzarətsiz olduğundan ermənilər istənilən vaxt hərbi təlimlər keçirir, partlayışlar törədə bilirlər.

Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq 1994-cü ildə əldə olunub. Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındaki yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti